Yayılan elanlar həqiqəti əks etdirmir

Son günlər sosial şəbəkələrdə və Bakı şəhərinin Nizami və Yasamal rayonları ərazilərində “Abonentlərin nəzərinə xəbərdarlıq – İstifadə olunan elektrik enerjisinin borcuna görə 23.03.2020 tarixdə saat 10.00-dan etibarən borclu abonentlərin elektrik enerji verilişi xəbərdarlıq edilmədən dayandırılacaq” yazılan, ünvanı məlum olmayan elanlara rast gəlinir.

Bu barədə AZƏRTAC-a “Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O bildirib ki, yayılan elanların “Azərişıq” ASC-yə heç bir aidiyyəti yoxdur, həqiqəti əks etdirmir və cəmiyyətdə çaşqınlıq yaradır. “Azərişıq” ASC tərəfindən aparılan yenidənqurma, təmir-tikinti, elanlar və s. işlər cəmiyyətin mətbuat xidməti vasitəsilə ictimaiyyətin diqqətinə çatdırılır və hazırda vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.

ƏvvəlkiAzərbaycanda beynəlxalq və daxili yükdaşıma əməliyyatları fasiləsiz aparılır
NövbətiAzərbaycan-Gürcüstan sərhədindəki məntəqənin iş müddəti iki saata endirildi