“Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platformasının qurulması və inkişaf etdirilməsi layihəsində növbəti təlim keçirildi

Bu gün, martın 19-da Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platformasının qurulması və inkişaf etdirilməsi layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platformasının qurulması və inkişaf etdirilməsi layihəsinin rəhbəri Taleh Əliyev içtirakçıları salamladıqdan sonra bildirdi ki, keçən təlimin ikinci hissəsində qaldırılan məsələlərə uyğun olaraq layihənin yekununda təsis olunacaq koalisiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər ümumiləşdirilib. Təlimin ikinci hissəsində bu istiqamətdə müzakirələrimiz davam etdiriləcək. Məqsədimiz odur ki, yaradılacaq koalisiya bizim ümumi fikirlərimiz əsasında formalaşsın ki, fəaliyyəti məhsuldar və uzunömürlü olsun. Sonra layihənin eksperti ekoloq alim Elçin Sultanov “İqlim dəyişikliyi” mövzusunda təqdimatla çıxış etdi. Çıxışdan sonra təlim iştirakçıları təqdimat və qurulması planlaşdırılan ekoloji koalisiya ilə bağlı geniş müzakirələr apardılar.

Xatırladaq ki, layihənin icra planına uyğun olaraq təlimlərə 25 Qeyri-Hökumət Təşkilatının nüməyəndəsi cəlb edilib.

ƏvvəlkiVətən müharibəsində iştiraka görə təltif olunacaq şəxslərin siyahısı hökumətə təqdim edilib
NövbətiPutinin Ukraynada atəşkəsin əldə edilməsi ilə bağlı 6 tələbi məlum olub