“Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT koalisiyanın kordinatoru seçilib

Mayın 28-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platformasının qurulması və inkişaf etdirilməsi layihəsi çərçivəsində yaradılması nəzərdə tutulan QHT Koalisiyasının təsis yığıncağı keçirildi.

Təsis yığıncağı Caspian Plaza biznes mərkəzində keçirildi. Təsis yığıncağında koalisiyanın əsasnaməsi qəbul edildi, İdarə Heyəti və Nəzarət Təftiş Qrupu üzvləri seçildi.

Mayın 31-də isə Koalisiya İdarə Heyətinin ilk iclası keçrildi. İclasda İdarə Heyətinin üzvü, “Ulduz” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyinin sədri Samir Həsənov koalisiyanın kordinatoru seçildi.

Bu barədə saytımıza məlumat verən Təsis Yığıncağına Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri, Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platformasının qurulması və inkişaf etdirilməsi layihəsinin rəhbəri Taleh Əliyev bildirib ki, ekoloji problemlərin həllinə maraq göstərən və bu istiqamətdə davamlı və birgə fəaliyyət göstərmək istəyən vətəndaş cəmiyyət institutlarının fəaliyyətini kordinasiya etmək məqsədilə “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT koalisiyasını təsis etdik. Yeni təsis olunan QHT koalisiya yerli və beynəlxalq ekoloji təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edəcəkdir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platformasının qurulması və inkişaf etdirilməsi layihəsi çərçivəsində 25 QHT təmsilçisinə ekoloji mövzuda 8 (səkkiz) təlim keçirilmişdir və yekunda QHT koalisiyası təsis olunmuşdur.

ƏvvəlkiNigeriyada meymunçiçəyi xəstəliyindən ilk ölüm faktı qeydə alınıb
NövbətiQəbələdə QHT-dövlət münasibətlərinə həsr olunmuş zona konfransı keçirilib