Yaşar Nəcəfov “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Bakıda keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, kişilər arasında keçirilən final görüşündə Yaşar Nəcəfov (66 kiloqram) yaponiyalı idmançı Takeşi Takeoka qarşılaşıb. O, rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, ilk gündə yarışa qoşulan Balabəy Ağayev, Rövşən Əliyev, Nazir Talıbov (hamısı 60 kq), Qasım Vəlizadə, Rəşad Yelkiyev, Ruslan Paşayev (hamısı 66 kq), Ramilə Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Nərgiz Hacıyeva (57 kq) erkən vidalaşıblar.

ƏvvəlkiDİN: “Xankəndi şəhərində qəsdən yanğınlar törədilir”
NövbətiCeyhun Bayramov antiterror tədbirlərinə verdiyi dəstəyə görə türk dövlətlərinə xüsusi minnətdarlıq edib