Yaşar Güler: “Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır”

Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 19-da Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığında bildirib.

General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.

ƏvvəlkiTürkiyənin Baş Qərargah rəisi Azərbaycan Ordusunun antiterror tədbirlərini dəstəkləyib
NövbətiErmənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti atəş nöqtələri məhv edilib