Yaponiyanın Hokkaydo adası sahillərində 6,1 bal gücündə zəlzələ olub

Mayın 16-da yerli vaxtla 12:24 dəqiqədə Yaponiyanın Hokkaydo adasının sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Kuşiro şəhərindən 101 kilometr cənub-şərqdə, ocağı 60 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

ƏvvəlkiMəktəblər açılır
NövbətiBakıda avtomobillər toqquşub, ölən var