Yaponiyada güclü zəlzələ olub

Yaponiyanın şimal-şərqində 5,2 bal maqnitudada zəlzələ baş verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri Miyaqi prefekturasında, ocağı isə 60 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

ƏvvəlkiBayden ABŞ-nin Suriyadakı mövcudluğunu saxlayacaq
NövbətiCəlilabadda 12 ailənin yaşadığı binada yanğın olub