YAP Gəncə şəhər təşkilatının könüllüləri bayram sovqatı paylayıblar

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına ilk gündən qoşulan Yeni Azərbaycan Partiyasının könüllü gəncləri xüsusi karantin rejimi dövründə aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində xüsusi fəallıq nümayiş etdirirlər.

Müqəddəs Ramazan bayramı ərəfəsində də Yeni Azərbaycan Partiyasının könüllüləri xeyriyyə aksiyasına qoşularaq, ƏƏSMN-nin sosial işçiləri ilə birlikdə Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, Böyük Vətən Müharibəsi veteranlarına, ağsaqqallara və aztəminatlı ailələrə bayram sovqatı paylayıb,onları bayram münasibəti ilə təbrik ediblər.

Sakinlər bu çətin günlərdə onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

ƏvvəlkiBakıda polis gücləndirilmiş iş rejiminə keçib
NövbətiGəncə Daşların Yaddaşı: Gəncə Dövlət Kukla Teatrının binasına səyahət