YAP Gəncə şəhər təşkilatında müşahidəçilərlə görüş keçirilib

9 fevral Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkiləri ilə əlaqədar YAP Gəncə şəhər təşkilatında seçki məntəqələrdə səsvermə prosesini izləyəcək müşahidəçilərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP-ın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsinin sədri, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bu gün ölkəmizin çox mühüm siyasi kampaniya – parlament seçkiləri ərəfəsində olduğunu və məsul kampaniyanın sona çatmasına sayılı günlər qaldığını bildirib. Naqif Həmzəyev qeyd edib ki, ölkədə olduğu kimi, Gəncə şəhərində də təbliğat kampaniyası seçicilərin mütəşəkkilliyi, fəallığı şəraitində keçir. Bu da ölkədəki siyasi mühitin, eyni zamanda, seçkilərə olan marağın göstəricisidir.

YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, Yeni Azərbaycan Partiyasının 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədi Pərvin Kərimzadə, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Müşfiq Cəfərov və 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Musa Quliyev çıxış edərək, səsvermə prosesində demokratiyanın tələblərinə uyğun obyektivliyin gözlənilməsi müşahidəçilərin riayət etməli olduqları başlıca vəzifə olduğunu diqqətə çatdırıblar.

Tədbirdə həmçinin partiyanı təmsil edən müşahidəçilərə Azərbaycan Respublikasınin Seçki Məcəlləsində olan əsas anlayışlar, müşahidə aparmağın prinsipləri, müşahidəçilərin hüquqları, riayət etməli olduqları şərtlər barədə məlumat verilib.

Diskussiya şəraitində keçən tədbirdə müşahidəçiləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

ƏvvəlkiƏrdoğan Trampın planını dəstəkləmədi
NövbətiNaqif Həmzəyevin seçicilərlə görüşləri ruh yüksəkliyi ilə davam edir