YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirilib

Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, YAP Gəncə şəhər Təşkilatının sədr müavini, AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri , millət vəkili Pərvin Kərimzadə və 252 ərazi ilk partiya təşkilatının sədrləri iştirak ediblər.

Millət vəkili Naqif Həmzəyev çıxış edərək dünyada baş verən iqtisadi böhran, münaqişə ocaqları, gərginlik fonunda müstəqil Azərbaycanda hökm sürən əmin-amanlıqdan, sabitlik və təhlükəsizlik şəraitindən danışıb. Prezidentimiz cənab İlham Əliyevin diqqət, qayğısı sayəsində ölkənin sosial müdafiə sisteminin yenilənməsinə, yeni islahatların aparılmasına diqqət çəkən millət vəkili vurğulayıb ki, qısa zaman ərzində böyük sosial paketin yalnız bir hissəsi kimi minimum əməkhaqları, pensiyalar, tələbələrin təqaüdləri artırılıb, problemli kreditlərlə bağlı məsələnin həllinə aydınlıq gətirilib. Azərbaycan vətəndaşını əhatə edən bu cür sosial qərarlar əhalinin maddi-rifah halının daha da yaxşılaşdırılmasının təzahürüdür.

YAP Sədrinin müavini Əli Əhmədovun mart ayının 2-də keçirilən müçavirədə söylədiyi “Yeni Azərbaycan Partiyası olaraq biz hökümətin bu siyasəti geniş ictimaiyyət arasında təbliğ etməliyik” sözlərini xatırladan Naqif Həmzəyev qeyd edib ki, biz partiya fəalları əldə edilən uğurlarla arxayınlaşmamalı, ölkə Başçısının vətəndaşların güzəranının, rifah halının yaxşılaşması sahəsində atdığı addımlara dəstək olmalı, ölkəmizin qüdrətinin artırılmasında var qüvvə ilə çalışmalıyıq.

Fuad Əliyev, Pərvin Kərimzadə, Cavid Bağırzadə, Venera Qafarova və digərləri çıxış edərək, Prezidenti İlham Əliyev tərəfindən aparılan siyasət, atılan hər bir addım xalqımızın maddi rifah halının güclənədirilməsinə, müstəqilliyimizin daha da möhkəmlənməsinə hesablandığını qeyd ediblər.

ƏvvəlkiMillət vəkili Naqif Həmzəyev seçicilərini evlərində ziyarət edib
NövbətiMartın 17-də 33054 şagird buraxılış imtahanı verəcək