“Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər, habelə müxtəlif təşkilatlar tərəfindən könüllü ianələr davam edir.
YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev və əməkdaşları bu dəfə aprel ayı üzrə əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıblar.
Qeyd edək ki, koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək məqsədi ilə YAP Gəncə şəhər təşkilatının kollektivi bundan əvvəl də mart ayının əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.