YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər

YAP Gəncə şəhər təşkilatının gənc fəalları Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlərlə bağlı növbəti sosial layihəyə qoşularaq, tənha və ahıl sakinlərə yardım edirlər.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyi və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğu üçün təşkilatın gənc fəalları, könüllüləri köməyə ehtiyacı olan şəhər sakinlərini gün ərzində evlərində ziyarət edirlər. 

Tənha və ahıl şəxslərə tibbi və gigiyenik vasitələr paylayan, sosial xidmətlər göstərən gənclər həmçinin onlara virusa yoluxmamaq üçün xüsusi qaydalara riayət etmələrini tövsiyə edir, gigiyena qaydalarına xüsusi diqqətlə yanaşmağın vacibliyini diqqətə çağırırlar.

Gənclər koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində tədbirlərində yaxından iştirak etdiklərindən məmnun olduqlarını bildirib, tənha və yaşlı insanlara gündəlik sosial xidmətlərin göstərilməsində (dərman vasitələri, kommunal ödənişlərin edilməsi və s.) yaxından kömək edəcəklərini qeyd ediblər.