XI Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günü keçirilib

XI Bakı Beynəlxalq Kitab Sərgisinin üçüncü günü müxtəlif tədbirlərlə zəngin keçib.

AZƏRTAC xəbər verir ki, sərgi çərçivəsində Xalq yazıçıları və şairləri, gənc müəlliflər, həmçinin xarici ölkələrdən gəlmiş tanınmış yazarlarla görüşlər təşkil olunub.

Sərginin media tərəfdaşı olan Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) XI Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə iştirak edir. AZƏRTAC-ın stendi ziyarətçilərin diqqət mərkəzindədir. Mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Milli Məclisin deputatları, digər rəsmi şəxslər, həmçinin şagirdlər AZƏRTAC-ın stendi ilə tanış olublar.

Qonaqlara AZƏRTAC-ın tarixi, bir əsrdən çox dövrdə keçdiyi yol barədə ətraflı məlumat verilib, Azərbaycan həqiqətlərinin dünyaya 8 dildə çatdırılmasından bəhs olunub. Ziyarətçilər AZƏRTAC-ın fəaliyyətini yüksək qiymətləndirib, hər zaman dəqiq xəbərləri agentliyin rəsmi saytından izlədiklərini bildirib, kollektivə uğurlar arzulayıblar.

ƏvvəlkiADNSU-da daxili qrantların verilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib
NövbətiPrezident İlham Əliyev: Türk dünyası bizim ailəmizdir!