AZƏRTAC ilə Anadolu Agentliyi arasında əməkdaşlığa dair yeni müqavilə imzalanıb

İstanbulda keçirilən Türk Xəbər Agentlikləri Alyansının (ATNA) I Baş Assambleyası çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Anadolu Agentliyi arasında əməkdaşlığa dair yeni müqavilə imzalanıb.

Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev və Anadolu Agentliyinin İdarə Heyətinin sədri, Baş direktoru Serdar Karagöz imzalayıblar.

Yeni müqavilə yazılı xəbərlə yanaşı, qarşılıqlı foto və video mübadiləsini də nəzərdə tutur. Sənədə əsasən, iki agentlik arasında təcrübə mübadiləsi və texniki dəstək də həyata keçiriləcək.

ƏvvəlkiFahrettin Altun: ATNA-nın yaradılması Türk dünyası həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm addımdır
NövbətiÇin şirkətləri azad olunan ərazilərdəki bərpa-quruculuq işlərində fəal iştiraka dəvət olunub