Xarkovda iri qaz yatağı aşkar edilib

Ukraynanın Xarkov vilayətində iri qaz yatağı aşkar edilib.

Türk.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Peqedovksaya meydançasındakı qaz ehtiyatları 7 mlrd. kub metr təşkil edir.

Yataq 5 min metr dərinlikdə yerləşir və quyunun yoxlanılması zamanı oradan 200 min kub metr qaz çıxarılıb.

Hazırda yataqda hasilata başlanılması ilə bağlı müvafiq işlər və araşdırmalar aparılır.

ƏvvəlkiXan Şuşinskinin anadan olmasından 117 il ötür
NövbətiMilli Paralimpiya Komitəsi Gəncədə regional bölmə yaratdı