Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşüb

Xarici işlər naziri Ceyhun Bayramov martın 18-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə işgüzar səfərə yola düşüb.

AZƏRTAC-a bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

ƏvvəlkiDaş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb
NövbətiSahibə Qafarova Gürcüstan parlamentinin sədrinə başsağlığı verib