Xalq artisti Ənvər Sadıqov ilk böyük solo konserti ilə çıxış edəcək

Dekabrın 23-də Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli musiqiçisi, Xalq artisti Ənvər Sadıqovun ilk böyük solo konserti keçiriləcək.

Gecədə musiqiçini bədii rəhbəri olduğu “Qaytağı” instrumental ansamblı və Respublikanın tanınmış incəsənət xadimləri müşayiət edəcəklər.

Həmçinin, Ənvər Sadıqov ilk böyük solo konsertində Əməkdar artist Emil Əfrasiyab ilə birgə yeni layihələrini musiqisevərlərə təqdim edəcəklər.

Konsertin biletlərini şəhərin kassalarından və iticket.az saytından onlayn əldə edə bilərsiniz.

Əvvəlkiİmarət kompleksində görüləcək işlərlə tanışlıq və Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin açılışı
NövbətiAzərbaycan 17 erməni hərbi əsiri geri qaytarıb