Xaçmazda ev sakinlərini öldürüb evi yandıran şəxs saxlanılıb

Cari il aprelin 9-da Xaçmaz rayonu Yalama kəndində evlərdən birinin yanması və içərisində olan 2 nəfərin yanaraq ölməsi ilə bağlı polisə məlumat daxil olmuşdu.

Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, evdə yanan şəxslər əvvəlcə öldürülüb, daha sonra izi itirmək məqsədilə ev qəsdən yandırılıb.

Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 1996-cı il təvəllüdlü Ağaxanov Ramin Rəhman oğlu saxlanılaraq istintaqa təhvil verilib.

İlkin məlumata görə, cinayət hadisəsi pul mübahisəsi ilə bağlı olub.

Araşdırmalar davam etdirilir.

ƏvvəlkiBakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı işə başlayıb
NövbətiÜç güləşçimiz U-20 Avropa çempionatının finalına vəsiqə qazanıb