Xəyanətə gedən yol

Neçə  gündür  ki,  mediani  və  sosial  şəbəkələri  zəpt  edən  əri  tərəfindən  saçları  kəsilərək  ağır  işgəncələrə   məruz  qalan  qadının  müzakirəsi mənim maraq obyektimdən də yan keçmədi. Bu  mövzu ilə bağlı müzakirələrdəki   şərhlərə baxdıqda  adami  vahimə  bürüyür.  Fikir ayrılığı  çox  olsa da  tükürpədici  şərhlər  üstünlük   təşkil edir. Təhqir və  mühakimələrlə dolu şərhlərin sahibləri yəqin ki, özləri də qadınların şiddət gördüyü ailələrin övladları və ya  başçılarıdır. Çünki bir deyim var: “Aşıq gördüyünü çağırar” .  Bir çox dostlarım mənə “Niyə bu mövzuda heç nə yazmadın ?” deyəndə  mənim cavabım eyni olur: “çeynənmiş mövzular məni cəlb etmir”. Mən bu məsələ üzərindən diqqətləri başqa nüansa çəkmək istədim.

Mən xəyanətə heç bir  vəchlə  haqq   qazandırmıram.  Bir qadın-istər evli olsun, istər  boşanmış,  həyatında biri varsa ,o münasibəti bitirməmiş nə beyninə, nə ruhuna,  nə  yatağına  başqa  birisini  buraxmamalıdır. Əgər buraxarsa, şah qızı belə olsa bu əməlin bir adı var mənim aləmimdə-fahişəlik. İndi bir çoxları çıxıb deyəcək ki, Azərbaycanda  durumu bilmirsinizmi? Qadınlar əzilir. Ailə sıxışdırır. Boşanmağa  imkan vermir.  Bunun qarşılığında sizə belə  bir sual  verim mən.  Başqa  kişinin qucağına qalxmaq  kimi təhlükəli yola çıxan qadın üçün Məhkəmə pilləkənlərini qalxmaq belənmi çətindir?   Niyə o qadın yoxuşu qoub,özünü uçuruma tərəf sürükləyir? Onu buna təhrik edən səbəblər nədir  İkinci bir sual doğur. Bir qadının isti ocağı ,  xoşbəxt  ailəsi  varsa o,  niyə xəyanət etsin ki. Demək ki, qadının xəyanətinin ərsəyə gəlməsində əri  də baş  roldadır. Əgər   ər öz qadınına lazım olan qayğını, nəvazişi , diqqəti  vermirsə, qadının da xəbərdar olduğu eyş-işrət macəraları ilə öz xanımını alçaldaraq,”mən kişiəm,mənə olar”deyirsə, o zaman o qadın həyatındakı boşluğu doldurmaq üçün  macəra axtarmağa başlayır. Bunun nəticəsində də hansısa şərəfsizə tuş  gəlir və olanlar olur.. . Bu qadın xəyanətinin səbəbi. Amma çox vaxt işgəncələrə  səbəb bu  olmur. Ümumi götürdükdə  qadın  zorakılığına yol açan səbəblər çoxdur.

Bunlardan ən başlıcası  valideyn faktorudur. Əsr olmuş 21,amma  nədənsə  cəmiyət  qız uşaqlarının təhsil almasından qorxur. Bir qadının təhsil alaraq, öz hüquqlarını bilməsi, dünya görüşünü artırması daha yaxşıdır, nəinki, erkən nigaha girərək belə bədbəxtliklərə səbəb olması.  Valideyn özü seçir,  özü  qərarlaşdırır və hələ ana  qucağından   ayrılmamış,  həyatın  əsl  üzünü  görməmiş, uşaqlığını belə doyunca yaşamamış qızını gəlinciklərindən ayıraraq ərə verir. Bu bir insanın heç hazır olmadan başqa bir dünyaya atılması deməkdir.  Ailə,maddi sıxıntılar,fərqli xarakterə malik insanların toplumuna qəflət i   inteqrasiyaya  bu qızcığaz ya tez bir zamanda dözümsüzlük nümayiş etdirir, ya da iradəsi qırılaraq ailənin qanunlarına boyun əymək   məcburiyyətində qalır.  Hər iki halda  zərbə qadına dəyir.

Digər səbəb isə mental qaydalardır. Bizim cəmiyətdə nədənsə oğlan uşaqları evin şahıdır. Onlar əzizlənir,azadlığı   sərhədsiz yaşayırlar. Qız uşaqları isə əksinə. Bütün vəhclə sıxışdırılırlar. Vaxt başına çatanda isə qarşılarına bir şərt qoyulur. “Ər evinə getdinsə, oradan meyidin  çıxa bilər. ” bax bu ifadə də kişini cürətləndirir.  Qadını onun əlində əşyaya   çevirir.  Statistik məlumatlar göstərir ki, Azərbaycanda qadınların 83%-i ərləri tərəfindən zorakılığa məruz qalırlar. Çox vaxt belə hallar ölümlə nəticələnir. Bu mövzu haqqında düşünərkən internet üzərindən bir araşdırma aparım dedim. Əldə etdiyim məlumatlar məni dəhşətə gətirdi. 2018-ci il ərzində qətlə yetirilmiş 12 qadının adına rast gəldim. İkrah oyadansa  odur ki, bu qadınların əksəri  keçmiş ərləri tərəfindən öldürülüb.

  • Samirə Bədlova ( Ağsu raonu )
  • Nigar Mirzəyeva (Bakı şəhəri )
  • Xəyalə Şahbazova (Ağstafa raonu)
  • Aytac Tağıyeva (Gəncə şəhəri)
  • Müşavərin Bayramova (Samux rayonu)
  • Əfsanə Məmmədova (Əmircan kəndi)
  • Xoşqədəm Hüseynova (Bakı şəhəri)
  • Səriyyə Abdullayeva ( Bakı şəhəri)
  • Ofeliya İmanova ( Bakı şəhəri)
  • Mehriban Alıyeva (Bakı şəhəri)
  • Təranə Abbasova (Cəlilabad rayonu)
  • Axirə Nadirova (Xırdalan qəsəbəsi)

Ziddinə getsək bu siyahı   artar. Nə qədər qadınlar bu gün şiddətə məruz qalır.Nə qədər qadın sağ ikən elə ölü kimi gəzir həyatda. Gəlin qadınlarımıza sahib çıxaq. İnsanlığa sahib çıxaq. Hər şeydən öncə düşünək  ki, qadın anadır. Qadın bacıdır. Silahdaş, sirdaş sevgilidir qadın. Əzilərək, təhqir edilərək hüquqları, mənliyi  alçaldılan biri bu cəmiyyət  üçün elə əzilməyə, zorlanmağa hazır vətəndaş yetişdirəcək. Bütün günü döyülmək qorxusu altında ölümünü qurtuluş yolu kimi  gözləyərək nəfəs alan  qadın bu Vətənə fərari böyüdəcək qəhrəman yox. Qadınları qorumaqla bütün cəmiyyətimizi məhvdən xilas edək. Qızlarımızın təhsilini  təmin edək. Onlara insan kimi baxmağı, yanaşmanı öyrənək. Qadın ən başlıcası insandır.  Nə qədər ki  qadına  sex maşını  kimi bacxıb onu ancaq iki ayağının arasından ibarət olduğu düşünüləcəksə,  qadın  qüquqlarından söhbət gedə bilməz.

Pərvin Abışova.

ƏvvəlkiTam orta təhsilini bitirə bilməyən şəxslər eksternat imtahanları verəcəklər
NövbətiÇin şirkəti “Əşyalar interneti” üçün peyklər şəbəkəsi yaradacaq