“WhatsApp”da Fondun adından yayılan mesajları açmayın! – Xəbərdarlıq

“WhatsApp”da Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə bağlı gələn mesajlar spamdır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.

“Whatsapp-da yayılan spam mesajını açmayın”,-deyə F.Talıbov bildirib.

Qeyd edək ki, ötən gün axşam saatlarında “WhatsApp” sosial şəbəkəsində” 1990-cı ildən 2018-ci ilə qədər işləyən işçilər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 3405 manat mənfəət əldə etmək hüquqüna malikdirlər. Adınızın bu müavinəti almaq haqqı olan şəxslərin siyahısında olub-olmadığını yoxlayın” mesajı yayılıb və link əlavə edilib.

Linkə daxil olan şəxlərin telefonuna  proqramı yayılır və telefonun ana menyusunda bir sıra proqramlara zərər verir.

ƏvvəlkiHacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır
Növbətiİlham Əliyev Xalq rəssamı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib