Volodimir Zelenski İlham Əliyevə zəng edib

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında dövlət başçıları regional təhlükəsizlik və enerji, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Söhbət zamanı hər iki ölkənin aidiyyəti qurumlarına birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqların veriləcəyi bildirilib.

ƏvvəlkiBaş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edəcək
NövbətiLeyla Əliyeva İsveçrədə BMT ofisində görüşlər keçirib