Vilyam Hacıyevin oğlu vəzifəsindən azad olunub

Qubadlı rayon prokurorluğunun əməkdaşı Məhəmməd Hacıyev vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Baş Prokurorluğun Mətbuat xidməti “Report”a məlumatı təsdiq edib.

Qeyd edək ki, M.Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Vilyam Hacıyevin oğludur.

ƏvvəlkiAzTU-da Aprel şəhidlərinin ailə üzvləri ilə görüş
Növbətiİlham Əliyev Vladimir Putinə zəng edib