Vilayət Eyvazov komandirin müavinini təqaüdə göndərdi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Alay Komandirinin müavini, polkovnik-leytenantı Əli Ağalıyev vəzifədən azad edilib.

Turk.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Ə.Ağalıyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı “Report”a təsdiqləyib.

Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.

ƏvvəlkiŞəhid əsgər Cəlilabadda dəfn edilib
NövbətiÖtən gün şəhid olan sərhədçi medalla təltif edildi – FOTO