Vaşinqtonda gənclər 16 yaşından səs verə biləcəklər

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin hökuməti federal və yerli seçkilərdə seçki yaşının 16-ya kimi azaldılması imkanını nəzərdən keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABC telekanalı məlumat verib.

Paytaxtın Hüquq Komitəsi artıq bu cür qərarı təsdiqləyib. İndi səsvermə üçün yaş həddinin aşağı salınması məsələsi noyabrın 13-də Kolumbiya dairəsi Şurasının səsverməsinə çıxarılacaq.

Telekanal bildirir ki, Şura üzvlərinin əksəriyyəti seçki qanununda dəyişiklik edilməsinin lehinə səs verərsə, düzəliş baxılması və imzalanması üçün şəhərin merinə təqdim olunacaq. Bundan əlavə, dəyişiklik qəbul ediləcəyi təqdirdə, onlar yerli qanunvericiliyə əsasən, yalnız 30 gündən sonra qüvvəyə minəcək.

ABC-nin məlumatına görə, Şuranın 13 üzvündən 8-i artıq seçkilərdə iştirak etmək istəyən gənc amerikalılara dəstəklərini ifadə ediblər. Dəyişiklik qəbul ediləcəyi halda, Vaşinqton ABŞ-da 16 yaşlıların səs vermək hüququna malik olduğu ilk böyük şəhər olacaq.

Bu dəyişiklik 2020-ci ildə yeni prezident seçkiləri zamanı 16 və 17 yaşda olacaq və səs verə biləcək 10,4 min gənc amerikalıya təsir edəcək.

Əvvəlki“Azərxalça”nın Ağdam filialı Qarabağ xalçaçılıq məktəbinin inkişafına mühüm töhfə verəcək
NövbətiHeydər Əliyev Beynəlxalq Hava limanı dünyanın 3 ən qeyri-adi aeroportları sırasına daxil olub