Vahid Ələkbərov yenidən Rusiyanın “LUKoil” şirkətinin prezidenti seçilib

Rusiyanın “LUKoil” neft şirkətinin sərmayədarları Vahid Ələkbərovu yenidən şirkətin prezidenti seçiblər.

AZƏRTAC xəbər verir ki, bu barədə “LUKoil”un mətbuat xidmətinin səhmdarların illik iclasının yekunlarına dair yaydığı məlumatda bildirilib. İclasda, həmçinin direktorlar şurasının 11 nəfərdən ibarət tərkibi də təsdiqlənib.

Qeyd edək ki, Vahid Ələkbərov 1950-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) məzunu, iqtisad elmləri doktorudur. 1993-cü ildən “LUKoil” şirkətinin prezidentidir.

ƏvvəlkiAzərbaycanda daha 51 nəfər koronavirusa yoluxub, ölən olmayıb
NövbətiXəstəliyi olub əlillik ala bilməyənlər gələn ildən ala biləcəklər – yeni qaydalar