Vətən müharibəsi şəhidi Gəncədə dəfn edilib

Vətən müharibəsi şəhidi dəfn edilib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olunan və dünən nəşi tapılan Elvin Mustafayev Gəncədə Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfin mərasimində şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak edib.

Xatırladaq ki, E.Mustafayev oktyabr ayında Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

ƏvvəlkiQarabağda birinci “Ağıllı kənd” layihəsinin təməli qoyuldu
Növbəti1 saylı Kliniki Tibbi Mərkəzə yeni direktor təyin edilib