Vətən müharibəsi şəhidi Elmin Mirzəyevin xatirəsi anılıb

Vətən müharibəsi şəhidi Elmin Mirzəyevin doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarəti olunub, ruhuna dualar oxunub.

Şəhid Mirzəyev Elmin Əvəz oğlunun anım günündə ailəsi ilə bərabər rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, döyüşçü yoldaşları, qazi və veteranlar və Xocavənd qəsəbə sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Elmin Mirzəyevin Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbə qəbiristanlığında olan məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. Şəhidlərimizin xatirəsi sükutla anılıb. Çıxış edənlər Elminin həyat yolundan danışaraq bildiriblər ki, 1995-ci il fevralın 20-də anadan olub qəhrəmanımız, hələ uşaq yaşlarından Vətən həsrəti ilə yaşayıb. Ona görə də gələcəkdə hərbçi olmağı qarşısına məqsəd qoymuşdu. 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirib. Elmin 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində aktiv iştirak edərək ön sıralarda yer alıb. Son döyüşü oktyabrın 2-də olub və Füzuli istiqamətində gedən ağır döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Elmin döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Ailəli olub, iki övladı yadigar qalıb.

Əvvəlki“Qarabağ” – “Marsel” oyununa 8 mindən çox bilet satılıb
NövbətiBakıda ana və iki övladını qətlə yetirən şəxs əvvəllər məktəb direktoru işləyib