ÜST “omikron” ştamına görə maska ​​rejimini geri qaytarmağa çağırır

Koronavirusun “omikron” ştamının yeni mutasiyaları bütün dünyada yayılmağa davam edir, buna görə də ölkələr pandemiya ilə mübarizə üçün maska ​​rejiminə qayıtmalıdırlar.

“Report” “Sky News” telekanalına istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

ÜST rəhbəri koronavirusla mübarizə tədbirlərinə qayıtmağa çağırıb.

“Mən COVID-19 infeksiyasına yoluxma sayının artmaqda davam etməsindən narahatam. Yeni infeksiya epidemiyası onsuz da məşğul olan səhiyyə sistemlərinə və tibb işçilərinə əlavə təzyiq göstərir. Bundan əlavə, ölüm sayının artması məni narahat edir”, – təşkilatın rəhbəri qeyd edib.

ƏvvəlkiKəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
Növbətiİstanbulda taxıl ixracı istiqamətində ciddi addım atılıb – Quterreş