Ukraynanın Baş Naziri Qroysman Poroşenkonun partiyasından ayrılmaq niyyətindədir

Ukraynanın Baş Naziri Vladimir Qroysman parlament seçkilərində öz siyasi gücü ilə iştirak etmək məqsədi İlə “Petro Poroçenko Bloku”nu tərk edəcək.

Bu barədə “Report” “Zvezda” telekanalına istinadən xəbər verir.

V.Qroysman mövcud vəziyyətdə özünü “statist” adlandırıb və bunun əksinə, fəal olmaq, ideyalara və onların həyata keçirilməsi üçün mübarizə aparmaq istədiyini bildirib. O, quracağı partiyaya yalnız yaxşı nüfuzu olan, real olaraq iş görə bilən insanların daxil ediləcəyini açıqlayıb.

Ukrayna hökumətinin rəhbəri həmçinin Ali Radaya seçkilərin hazırkı sisteminin dəyişdirilməsinin vacibliyini vurğulayıb və fikrini köhnə sistemlə işləyən yeni seçilmiş parlamentin də bir neçə aydan sonra məyusluq yaşadacağı ilə əlaqələndirib.

ƏvvəlkiŞri-Lankada teror nəticəsində ölənlərin sayı 321-ə çatıb
NövbətiPrezidentin vətəndaşlarla görüşündən – FOTOLAR