Ukraynada Kaxovka SES-in bəndi məhv edilib

Ukraynada Kaxovka su elektrik stansiyasının (SES) bəndi məhv edilib.

“Report” xəbər verir ki, bu barədə videogörüntülər teleqramda yayılıb.

Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən SES-in kim tərəfindən vurulduğu və ya partladıldığı dəqiq bəlli deyil.

Faktla bağlı Ukraynanın “Cənub” operativ komandanlığı Rusiyanın SES-i partlatdığını açıqlayıb, Novaya Kaxovka şəhərinin qondarma meri Vladimir Leontiyev isə görüntülərə rəğmən məlumatı ümumiyyətlə təkzib edib: “Şəhərdə sakitlikdir”.

Qeyd edək ki, Kaxovka su elektrik stansiyası Ukraynanın cənubundakı quraq rayonların enerji təchizatı, suvarma və su təchizatı, həmçinin Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi. 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə işğal olunub.

ƏvvəlkiSabah rayonlara yağış yağacaq
NövbətiUkrayna HHM Xəzərdən ölkəyə atılan 35 qanadlı raketin hamısını zərərsizləşdirib