Ukraynada helikopter qəzasında 14 nəfər ölüb, 25-i yaralanıb

Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzasının baş verdiyi ərazidə xilasetmə işləri başa çatıb və rəsmi məlumata görə 14 meyit tapılıb.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, ölənlərdən biri uşaqdır.

Bundan başqa, Dövlət Xidməti məlumat verib ki, qəza nəticəsində 11 uşaq daxil olmaqla 25 nəfər yaralanıb.

Xatırladaq ki, Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində uşaq bağçasının yaxınlığında partlayış, daha sonra isə güclü yanğın baş verib.

Qeyd edək ki, həlak olanlar arasında Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də var.

ƏvvəlkiBP-nin baş icraçı direktoru böyük nailiyyətlər ilə bağlı Prezident İlham Əliyevi təbrik edib
NövbətiBakı Şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi keçirilib