Ukrayna və Türkiyə XİN başçıları Qara dəniz regionunda təhlükəsizlik məsələlərini müzakirə ediblər

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə D.Kuleba sosial şəbəkə səhifəsində məlumat yayıb.

“Berlində olarkən türkiyəli həmkarım Hakan Fidanla görüşdüm. Biz Qara dəniz regionunda təhlükəsizlik məslələri və Ukrayna taxılının dünya bazarlarına çıxarılmasını müzakirə etdik”, – deyə ukraynalı nazir bildirib.

Nazirlər, həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, bu gün Berlində Almaniya diplomatiyasının rəhbəri Annalena Barbokun təşəbbüsü ilə xarici işlər nazirlərinin görüşü keçirilir. Tədbirə potensial namizəd kimi Aİ ölkələrinin, namizəd ölkələrin, o cümlədən Ukraynanın, eləcə də Gürcüstanın Xarici İşlər nazirliklərinin rəhbərləri dəvət olunub.

ƏvvəlkiABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana səfərə gəlib