Ukrayna Rusiya ilə dəmiryolu əlaqəsini kəsir

Ukrayna Rusiya ilə dəmiryolu xətti ilə əlaqələri kəsmək üçün müzakirələr aparır.

Türk.az xəbər verir ki, bu sözləri Ukraynanın erməni əsilli İnfrastruktur naziri Vladimir Omelyan bildirib.

Nazir sözügedən məsələnin Nazirlər Kabinetində müzakirə edildiyini söyləyib.

Qeyd edək ki, hazırda Kiyev-Moskva-Kiyev, Lvov-Moskva-Lvov və digər istiqamətlərdə dəmiryolu xətti mövcuddur.

ƏvvəlkiGömrük yığımlarının məbləği artırıldı
NövbətiAvropa Birliyi ABŞ sanksiyalarına qarşı çıxır