Ukrayna HHM son sutkada İran istehsalı 6 PUA məhv edib

Ukraynanın hava hücumundan müdafiə qüvvələri aprelin 24-də Rusiyanın doqquz dronunu məhv edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanlığı feysbukda məlumat yayıb.

Qeyd olunub ki, şərq istiqamətində – “Şərq” hava komandanlığının məsuliyyət zonasında İran istehsalı altı “Şahid-136/131” vurulub. “Cənub” hava komandanlığının məsuliyyət zonasında iki “Lanset” və bir əməliyyat-taktiki PUA məhv edilib.

Əvvəlki“Danışan gəlincik” Lənkəranda uşaqları sevindirib
NövbətiMingəçevir və Yevlaxda “Qadın bir incidir” – ailədaxili zorakılığa yol verməyək!” tədbiri həyata keçirilib