Ukrayna hərbçiləri Xarkovda bir neçə yaşayış məntəqəsini azad edib

Ukrayna silahlı qüvvələri Xarkov vilayətində əks-hücum nəticəsində bir neçə yaşayış məntəqəsini azad edib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında məlumat verib.

Sinegubov deyib ki, Bazalievka, Lebyajye və Kutuzovkanın bir hissəsinə nəzarət bərpa edilib.

Əks-hücum zamanı Ukrayna hərbçiləri Malaya Roqan kəndi ərazisində daha da şərqə doğru irəliləyib.

Əvvəlki“Şuşa İli”nə həsr olunan cüdo üzrə Sumqayıt şəhər birinciliyi başa çatıb
NövbətiLe Pen Avropa Parlamentinə böyük məbləğdə pul ödəyə bilər