Ukrayna Belqoroda raket zərbələri endirib, 4 nəfər ölüb, 7-i yaralanıb

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhərinə hücumu nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, 20 evə ziyan dəyib.

Ölənlərin və yaralananların sayının artacağı istisna edilmir.

ƏvvəlkiNaxçıvan Muxtar Respublikasının 100 illik yubileyi qeyd ediləcək
NövbətiBakının Baş planı təsdiqlənib