Uels millisi Bakıda ilk oyun öncəsi son məşqinə çıxdı

AVRO-2020-nin A qrupunda Bakı Olimpiya Stadionunda (BOS) İsveçrə millisi ilə qarşılaşacaq Uels yığması oyun öncəsi son məşqinə çıxıb.

“Report” xəbər verir ki, baş məşqçi Robert Peycin rəhbərliyi altındakı hazırlıq prosesi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub.

Sabah keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, BOS bu oyunla yanaşı, Türkiyə – Uels, Türkiyə – İsveçrə, eləcə də bir 1/4 final mərhələsinin 1 matçına ev sahibliyi edəcək.

ƏvvəlkiQazaxda işçilərlə müqavilə bağlamayan şirkət 20 min manat cərimələndi
Növbətiİlham Əliyev Putini təbrik etdi