UEFA Konfrans Liqası: “Qarabağ” – “Bazel” matçının birinci hissəsində qapılara qol vurulmayıb

UEFA Konfrans Liqasının qrup mərhələsinin birinci turunda çərçivəsində keçirilən “Qarabağ” – “Bazel” matçının birinci hissəsi qolsuz heç-heçə ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşmanın birinci hissəsində Ağdam təmsilçiləri hesabı açmaq üçün bir neçə qol vəziyyəti yaratsalar da, bundan istifadə edə bilməyiblər.

Görüşü belçikalı FIFA referisi Erik Lambrexts idarə edir.

Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Kadi Borges, Toral Bayramov, Abbas Hüseynov, Kevin Medina və İbrahima Vadji meydana çıxıblar.

“Bazel”in ilk onbirliyində isə Haynts Linder, Eray Cömert, Andi Pelmar, Serxio Lopes Qalaçe, Raul Petretta, Pajtim Kasami, Darian Males, Vouter Burger, Artur Kabral, Valentin Stokker və Dan Ndoye yer alıblar.

Bu oyun “Qarabağ”ın vitse-kapitanı Qara Qarayev üçün əlamətdardır. Azərbaycan millisinin üzvü avrokuboklarda 100-cü qarşılaşmasına çıxır.

Qeyd edək ki, H qrupunun digər oyununda – “Kayrat” – “Omoniya” matçında qapılara qol vurulmayıb.

ƏvvəlkiƏhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır
NövbətiBu gün COVID-19 əleyhinə 60 min dozadan çox peyvənd vurulub