TürkPA-nın XI plenar iclasında təşkilatın adı dəyişdirilib

TürkPA-nın XI plenar iclasında təşkilatın adı dəyişdirilərək Türkdilli Ölkələrin Parlament Assambleyası adlandırılması qərara alınıb.

“Report” xəbər verir ki, Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində TürkPA-nın XI plenar iclası keçirilib.

Görüşdə beynəlxalq təşkilatların nümayəndələri və TürkPA-ya üzv ölkələrin parlament nümayəndə heyətləri də iştirak ediblər.

İclasın əvvəlində TürkPA-ya sədrliyin Qazaxıstandan Qırğızıstana verilməsi mərasimi keçirilib.

Yekun olaraq TürkPA-nın 11-ci Baş Assambleyasının Çolpon-Ata Bəyannaməsi qəbul edilib.

Həmçinin qurumun XII plenar iclasının 27-29 aprel 2023-cü il tarixlərində İstanbulda keçirilməsi qərara alınıb.

ƏvvəlkiOmbudsman BQXK-nın ölkəmizdə yeni təyin olunmuş nümayəndəsi ilə görüş keçirib
NövbətiGürcüstanda aksiyaçılar Baş nazirin istefasını tələb edir