Türkmənistanda növbədənkənar prezident seçkilərinin nəticələri martın 14-də açıqlanacaq

Türkmənistanda martın 12–də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticələri martın 14-də rəsmən açıqlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkmənistanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının (MSK) sədri Gülmırat Muradov bildirib.

Hazırda səslərin hesablanmasının davam etdiyini bildirən MSK sədri seçkilərdə 97,12 faiz seçici fəallığı olduğunu deyib.

Xatırladaq ki, Türkmənistanda keçirilmiş növbədənkənar prezident seçkilərində səsverməni 2726 milli müşahidəçi, eləcə də MDB, Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra qonşu ölkələrdən olan xarici müşahidəçilər izləyib.

ƏvvəlkiQazaxıstanda Nazarbayevin qardaşı oğlu saxlanılıb
NövbətiTahir Əmiraslanovun kitabı Bişkekdə türk dilində çap ediləcək