Türkiyəyə 3 milyona yaxın miqrantın qanunsuz daxil olmasının qarşısı alınıb

Effektiv sərhəd tədbirləri sayəsində 2023-cü ilin əvvəlindən 93 148, indiyədək isə ümumilikdə 2 836 775 miqrantın Türkiyəyə qanunsuz girişinin qarşısı alınıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin yaydığı açıqlamada deyilir.

Qeyd olunub ki, cari il ərzində 40 480 qeyri-qanuni miqrant tutulub, deportasiya edilənlərin sayı isə 37 785 nəfər təşkil edib.

Vurğulanıb ki, 2016-cı ildən bu yana Türkiyədən deportasiya edilən miqrantların sayı 487 735 nəfərə çatıb.

ƏvvəlkiAvropa İttifaqı Rusiyaya qarşı məhdudiyyətlərdən yayınan 90 kompaniyanı 11-ci sanksiya paketinə daxil edib
NövbətiMixaylo Podolyak: F-16 təyyarələrinin Ukraynaya tədarükü barədə qərar artıq qəbul olunub