Türkiyənin türkdilli ölkələrə ixracı artıb

2021-ci ilin yanvar-mart aylarında Türkiyənin türkdilli ölkələrə ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz artaraq 1,599 milyard dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Mart ayında Türkiyənin türkdilli ölkələrə ixracı 2020-ci ilin martı ilə müqayisədə 47,9 faiz artaraq 596,617 milyon dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin türkdilli ölkələrdən idxalı 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 39 faiz artaraq 1,094 milyard dollar təşkil edib.

Mart ayında Türkiyənin türkdilli ölkələrdən idxalı 2020-ci ilin martı ilə müqayisədə 64,2 faiz artaraq 422,931 milyon dollara bərabər olub.

Əvvəlki“Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat” Ermənistanın etnik təmizləmə siyasətini ifşa edir
NövbətiQahirədə Azərbaycan rəssamlarının sərgisi açılıb