Türkiyənin təhsil naziri Azərbaycana səfər edəcək

Türkiyənin təhsil naziri Ziya Selçuk Azərbaycana səfər edəcək.

“Report” xəbər verir ki, səfər mayın sonunda baş tutacaq.

Z.Selçuk Azərbaycan rəsmiləri ilə görüşəcək. Görüşlərdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

ƏvvəlkiMəhkəmə “Azəriqaz”ın Baş direktoru barəsində Dövlət Əmək Müfəttişliyi Xidmətinin inzibati qərarını ləğv edib
NövbətiEIB Serbiyaya TAP qazının nəqli üçün kəmərin inşasına 25 mln avro ayırıb