Türkiyənin beşinci nəsil qırıcısı ilk uçuşunu uğurla başa vurub

Türkiyənin beşinci nəsil Hürjet qırıcı təyyarəsi bu gün ilk uçuşunu uğurla başa vurub.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib. Hurjeti Türkiyənin 100 illiyinə daha bir hədiyyə adlandıran Ərdoğan tviter səhifəsində qırıcı təyyarənin anqardan çıxaraq havaya qalxmasını əks etdirən görüntülər paylaşıb.

Türkiyə beşinci nəsil döyüş təyyarəsini yaratmaq layihəsinin həyata keçirilməsinə 2017-ci ildən başlayıb. Türkiyənin müdafiə sənayesi naziri İsmail Demir taktiki və texniki xüsusiyyətlərinə görə Hürjet qırıcısının Amerika F-35-ni üstələdiyini bildirib.

TF-X indeksi alan qırıcının gələcəkdə Türkiyə Hərbi Hava Qüvvələrinin arsenalındakı F-16 təyyarəsini əvəz edəcəyi ehtimal olunur.

ƏvvəlkiAkademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
NövbətiAzərbaycan Prezidenti İlham Əliyev Bolqarıstana işgüzar səfərə gəlib