Türkiyəli hərbi istehkamçılar mühəndis təminatı üzrə məşqlər keçirlər

Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan minadan təmizləmə üzrə heyəti xüsusi hazırlanmış mühəndis şəhərciklərində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə məşqlər keçirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məşqlər zamanı istehkamçılar ərazinin kəşfini aparır, xüsusi avadanlıqdan və təlim keçmiş itlərdən istifadə etməklə minaların aşkarlanması və zərərsizləşdirilməsi üzrə təlim tapşırıqlarını yerinə yetirirlər.

Hazırlıq prosesi bitdikdən sonra türkiyəli mütəxəssislər azad edilmiş torpaqlarımızın minalardan təmizlənməsi prosesinə cəlb olunacaqlar.

ƏvvəlkiAzərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
NövbətiKoronavirus vaksini vurulacaq şəxslərə COVID-19 pasportu veriləcək