Türkiyədə zəlzələdə həlak olanların sayı 49 min 500-ü ötüb

Türkiyədə baş vermiş dağıdıcı zəlzələlərin qurbanlarının sayı demək olar, 49,6 min nəfərə çatıb. Episentri Kahramanmaraş vilayətində yerləşən zəlzələlər nəticəsində 49 min 589 nəfər həyatını itirib ki, onlardan 6 min 807 nəfəri xarici vətəndaşlardır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ölkənin vitse-prezidenti Fuat Oktay bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ baş verib.

ƏvvəlkiPrezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Talış kəndinin sakinləri ilə səmimi görüşü
NövbətiLənkəranda şəhid ailələrinin üzvləri və qazilər üçün Novruz şənliyi təşkil edilib