Türkiyədə zəlzələ qurbanlarının sayı 17 min 134 nəfərə çatıb

Türkiyədə zəlzələ nəticəsində indiyədək 17 min 134 nəfərin həlak olduğu, 70 min 347-yə nəfərin yaralandığı təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bu rəqəmləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə səfəri zamanı Kilisdə açıqlayıb.

Türkiyənin son yüz ilin ən böyük təbii fəlakətlərindən biri ilə üz-üzə qaldığını vurğulayan Rəcəb Tayyib Ərdoğan türk xalqının yaranmış çətinliklərin öhdəsindən mətanətlə gələcəyinə əminliyini ifadə edib. Bildirib ki, dövlət heç bir vətəndaşını sahibsiz qoymayacaq.

Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları 4-cü gündür ki, fasiləsiz davam edir. Əməliyyatlarda Azərbaycan xilasediciləri də yaxından iştirak edirlər. FHN-dən verilən son məlumata görə, xilasedicilərimiz Kahramanmaraşda dağıntılar altından 9-u uşaq olmaqla 44 nəfəri sağ olaraq çıxarıb.

ƏvvəlkiAzərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub
NövbətiBölmələr yeni tədris dövrünün məşğələlərini uğurla icra edir