Türkiyədə növbəti dəfə zəlzələ oldu

Türkiyənin qərbində 4,8 maqnitudada zəlzələ baş verib.

“Report”un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 7 kilometr dərinlikdə, zəlzələnin episentri İzmirdən 90 kilometr şimal-şərqdə yerləşib.

Hələlik dağıntılar və ya xəsarət alanlar barədə məlumat yoxdur.

ƏvvəlkiDünyanın bir sıra ölkələri İranla əlaqələri dayandırdı
NövbətiAtəşkəs rejimi 24 dəfə pozulub