Türkiyədə miqrantları daşıyan qayıq batıb, 7 nəfər ölüb

Van gölündə qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 7 nəfər ölüb, 64 nəfər sağ xilas edilib.

Türk.az TRT-yə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Fövqəladə Hallar Xidməti yayıb.

Hadisə dekabrın 26-da Van gölünün Türkiyənin Bitlis əyalətinin Adilceviz rayonu sahillərində baş verib.

Yerli valiliyini açıqlamasına əsasən, miqrantlar Pakistan, Banqladeş və Əfqanıstan vətəndaşlarıdır.

ƏvvəlkiDəmir yolu gücləndirilmiş iş rejiminə keçəcək
NövbətiBakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilib