Türkiyədə koronavirusdan ölənlərin sayı 1 500-ü keçdi

Türkiyədə daha 115 nəfər pandemiyanın qurbanı olub.

“Report”un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 518 nəfərə çatıb.

“Bu gün 34 090 test keçirilib, 4 281 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 69 392 nəfərdir. Bu gün daha 875 pasiyent sağaldı, sağalanların ümumi sayı 5 674 nəfərdir”, – nazir deyib.

Xatırladaqki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 035 000-i ötüb. Bunların 503 386 nəfəri sağalıb, 130 802 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əvvəlki“Azərpoçt” MMC 18 ölkəyə poçt göndərişlərinin qəbulunu bərpa edib
Növbəti“Virtual əlaçı” bilik yarışmasına start verilir